Dekabrın 15-də Qazax rayon Mədəniyyət evində Qazax şəhər 2 saylı Uşaq musiqi məktəbinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin 20 il ərzində fəaliyyəti barədə məlumat verilib, əldə etdiyi uğurlardan bəhs edilib. Müstəqilliyimizin yaşıdı olan məktəbdə hazırda 67 müəllim 281 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbin şagirdləri respublikamızda keçirilən müsabiqələrdə uğur qazanıblar. Yubiley konsertində məktəbin məzunlarından Gülnar İsayeva, Samir Allahverdiyev, Əli Məmmədov, Nəsimi Aşbazov və başqalarının ifası maraqla qarşılanıb. Sonda məktəbin kollektivinə Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Qazax rayon komitəsinin diplomu təqdim olunub.