Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Xatirə Kompleksinin inşasının birinci mərhələsi başa çatıb. Kompleksdə tikinti işlərinin 2012-ci il yay aylarında yekunlaşması planlaşdırılır. İlkin mərhələdə kompleksdə ağır beton işi və metal konstruksiyaların quraşdırılması başa çatdırılmışdır. İkinci mərhələdə asılan beton panellərin quraşdırılması və dekorativ işlərin həyata keçirilməsi nəzərdə tutulub.