Bütün dünya azərbaycanlıları kimi, Zaqatala rayon Çobankol kənd Mədəniyyət evinin kollektivi də xalqımızın ən qədim milli bayramı olan Novruzu geniş şəkildə qeyd edir. Bayram münasibətilə müxtəlif tədbirlər keçirir, sərgilər təşkil edirik.
   El bayramında rayonun mədəniyyət və turizm şöbəsinin məsul işçiləri də iştirak edir. Kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi də tədbirlərimizə dəstək verir. Mədəniyyət və turizm şöbəsi tərəfindən kollektivimizin texniki təchizatına diqqət ayrılır. Tədbirlərin keçirilməsi üçün avadanlıq, milli geyimlər dəsti ilə təmin olunmuşuq.
   Onu da qeyd edim ki, ötən il Novruz bayramı şənliyinin nümunəvi təşkilinə görə rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin qiymətli hədiyyəsinə layiq görülmüşük. Bu diqqət və qayğıdan ruhlanan kollektivimiz builki Novruz bayramına da səylə hazırlaşıb. Bayram proqramının təşkilində mədəniyyət evinin metodisti, həvəskar bədii özfəaliyyət dərnəyi kollektivinin rəhbəri Münasib Abdullayevin əməyi böyükdür.
   
   Şuay Xəlilov,
   mədəniyyət evinin bədii rəhbəri