Bu ilin mayında Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illiyi tamam olur. Ölkə başçısının 2010-cu il 1 iyun tarixli sərəncamına uyğun olaraq, görkəmli satirik şairin yubileyi geniş qeyd ediləcək.
   Aprelin 25-də İsmayıllı şəhərində Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr edilmiş konfrans, elektron məlumat bazasının təqdimatı və “M.Ə.Sabir-150” mövzusunda kitab sərgisi keçiriləcək.