İyul ayında Tovuz rayonunda arxeoloji tədqiqatlara başlanacaq. Tədqiqatlar rayonun Əyyublu kəndi ərazisindəki VI minilliyə aid edilən yaşayış məntəqəsində aparılacaq. Arxeoloji qazıntılar zamanı elmi araşdırmalar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri ilə Fransanın Milli Tədqiqatlar Mərkəzinin arxeoloqları tərəfindən həyata keçiriləcək. Rayonun Qoşa kəndi ərazisində aparılan tədqiqatlar zamanı isə qədim dağ-mədən işlərinin izləri öyrəniləcək.    

  Ceyhun