İyunun 15-də Lənkəran Şəhəri Heydər Əliyev adına Parkda Milli Qurtuluş Günü ilə bağlı bayram konserti təşkil olunub. Konsertdə yerli musiqiçilər, meyxana ustaları maraqlı konsert proqramı təqdim ediblər. Bayram tədbirində tanınmış sənətçilər Cavad Rəcəbov, Mətanət Babayeva ilə yanaşı, gənc müğənnilərin çıxışları da maraqla qarşılanıb.