Lənkəran Şəhər Mədəniyyət Mərkəzində gənc ifaçıların iştirakı ilə “Biz də varıq” devizi altında konsert təşkil olunub.
   Konsertdə mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivlərinin üzvləri ilə yanaşı, bir sıra kəndlərin diyarşünaslıq, sənətkarlıq, folklor və yaradıcılıq evlərinin, eləcə də Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin gənc ifaçıları istedad və bacarıqlarını nümayiş etdiriblər. Belə tədbirlərin sentyabr ayı ərzində rayonun Liman, Girdəni, Türkəkəran, Osaküçə, Boladi, Zövlə, Mamusta, Hirkan, Göyşaban, Kənarmeşə yaşayış məntəqələrində keçirilməsi planlaşdırılır.