Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublikanın cənub bölgəsində (Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı) “Uşaq kitab karvanı” adlı tədbir keçirib.
   Sentyabrın 24-də Yardımlı “kitab karvanı”nı qəbul etdi. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qonaqlarla görüşərək maraqlı aksiyaya görə onlara minnətdarlığını bildirdi.
   Şəhər mədəniyyət və istirahət parkında gerçəkləşən mərasimi Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ayaz Əliyev açaraq belə tədbirlərin əhəmiyyətindən danışdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva bildirdi ki, “kitab karvanı”nın məqsədi uşaq ədəbiyyatını təbliğ etmək, oxucuların bu sahədə marağını daha da artırmaqdır.
   Respublika Qadın Yazarları İctimai Birliyinin sədri Nüşabə Məmmədli, şair Ələmdar Quluzadə, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə kitabın insan həyatında rolundan, məktəbli və gənclər üçün mütaliənin vacibliyindən söz açdılar.
   Yerli şairlərdən Mehralı Mustafa yeni şeirlərini oxudu, məktəblilərin ifasında Xalq şairi Sabir Rüstəmxanlının, İlyas Tapdıqın şeirləri səsləndi. Uşaq musiqi məktəbi şagirdlərinin maraqlı konsert proqramı tədbirə rəng qatdı. İştirakçılar “kitab karvanı” ilə gətirilən və rayon kitabxanasına hədiyyə edilən 1000 nüsxə uşaq ədəbiyyatının sərgisi ilə də tanış oldular.
   
   Əli İskəndərov,
   Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar