Prezident İlham Əliyev iyunun 24-də Natəvan Şüa qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Xalq artisti Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə fərdi təqaüdə layiq görülüb.