Mayın 5-15-də, Antalya və İstanbul şəhərlərində keçiriləcək Universitetlərarası Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dillər Universitetinin (ADU) Teatr Klubunun üzvləri təmsil edəcək. Həvəskar aktyorlarımız artıq Türkiyəyə yola düşüb. Tələbələr arasında yeni əlaqələrin yaradılmasına imkan verəcək festivalda həmyerlilərimiz ikipərdəli «Özümüz» tamaşasını təqdim edəcək. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru «Yuğ» Dövlət Teatrının rejissoru Rasim Aşındır. Əsas rolları tələbələrdən Əli Xəlilov, Orxan Hacıyev, Nərminə Allahverdiyeva, Gülnisə Məmmədli, Lider İncədayı, Həqiqət Darışova, Ahmet Albayrak və Şəhla Xəlilova ifa edəcəklər.