Badamdar Mədəniyyət Evinin nəzdində fəaliyyət güstərən xalq teatrı üzvləri yazıçı-dramaturq Firuz Mustafanın “Zaman” iki hissəli dram əsərini səhnələşdirir. Tamaşanın oktyabr ayında tamaşaçıların ixtiyarına veriləcəyi nəzərdə tutulur. Tamaşanın rejissoru Anar Sadıqov, quruluşçu rejissoru Niyaz Qasımovdur. Tamaşada rolları Fidan Cabbar, Niyaz Qasımov, Elmin Bədəlov, İlkin Babayev, Afaq Abbasova, Rəyasət Şahverdiyev və başqaları ifa edəcəklər. Onu da qeyd edək ki, xalq teatrı mövsümü Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsəri əsasında hazırladığı eyniadlı tamaşa ilə bağlamağı qərarlaşdırır. Teatrın bədii rəhbəri Fəridə Babayevanın qəzetimizə verdiyi məlumata görə, bu ilə qədər teatr üzvləri bir çox Azərbaycan və dünya ədəbiyyatı yazarlarının əsərlərinə müraciət edib.
   
   ELMİN