N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında macar dramaturqu Mikloş Xubainin “Neron oynayır və ya İblisin yeddi komediyası” əsəri tamaşaya qoyulub.
   Tamaşanın hazırlanması üçün Gürcüstanın Kutaisi Gənclər Teatrının bədii rəhbəri və rejissoru Zurab Pxekadze Lənkərana dəvət olunub.
   Dövlət sifarişi ilə səhnə təcəssümü tapan əsərin hazırda son məşqləri gedir. Beynəlxalq layihəyə qoşulan Kutaisi Gənclər Teatrı da eyniadlı əsərə müraciət edib. İyulun 20-də Lənkəran Dövlət Dram Teatrında tamaşaya daxili baxış olacaq. Əsərin personajlarını lənkəranlı və kutaisili aktyorlar Azərbaycan və gürcü dillərində teatrsevərlərə təqdim edəcəklər.
   Tamaşanın 2010-cu ildə İspaniyada keçiriləcək Beynəlxalq Teatr Festivalında göstərilməsi də nəzərdə tutulub.