Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivi ilk dəfə “Pro-Sent” prodüser mərkəzinin dəstəyi ilə Ukraynada qastrol səfərində olublar.
   ATXİ-nin sədr müavini, xalq artisi Rafiq Əliyev, Ukraynanın Kiyev və Odessa şəhərlərinə qastrol səfərlərimiz Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etmək məqsədinə xidmət etdiyini bildirib. İlk dəfə olaraq prodüser mərkəzinin dəstəyi ilə Azərbaycanın hüdudlarından kənarda tanınmış aktyorlarımızın iştirakı ilə ukraynalı tamaşaçılara təqdim edilmiş “Kaktus gülü” və Vilyam Şekspirin “Afinalı Timon” pyesləri əsasında hazırlanmış tamaşalar alqışlarla qarşılanıb.
   Hazırda Rusiya, Bolqarıstan və İsrailə qastrol səfərləri ilə bağlı danışıqlar aparılır.