Mayın 14-də A.M.Şərifzadə adına Aktyor Evində Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşası olacaq. Qusarlı truppa paytaxt tamaşaçılarına Əli Əmirlinin eyniadlı pyesi üzrə hazırlanmış «Varlı qadın» tamaşasını təqdim edəcək. Festivalın ikinci mərhələsi iyunun 15-dək davam edəcək.