Böyük rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun 150 illik yubileyi bir çox ölkələrdə qeyd olunmaqdadır. Azərbaycan teatrları da bu yüksək sənət meyarları yürüşündan geri qalmamağa çalışırlar. Ötən il «Yuğ» teatrı dahi ədibin «Albalı bağı» komediyasına «Birinci akt» səhnə əsəri şəklində yozum verəndən (quruluşçu rejissor Vaqif İbrahimoğlu), bu il Gənc Tamaşaçılar Teatrı kiçik səhnəsini məhz bu pyesin tamaşası (rejissor Cənnət Səlimova) ilə açandan sonra «İbrus» antrepriz teatrı da Çexovun həmişəyaşar yaradcılığına müraciət edib.
   Teatrın baş rejissoru Rüstəm İbrahimbəyovun Çexovun hekayələri əsasında qələmə aldığı «O və onlar» səhnə əsərinə quruluş verir. Tamaşada rolları Fəxrəddin Manafov, Mehriban Zəki, Mələk Abbaszadə və Yuri Baliyev ifa edəcəklər. Bu il 10 yaşı tamam olan «İbrus» teatrı «O və onlar»ı yeni mövsümdə teatrlara təqdim edəcək.