İyunun 3-də Muzey Mərkəzində “Günay” Uşaq Teatrının təqdimatında “Balıqçı və balıq haqqında nağıl” tamaşası təqdim olunacaq. Tədbir A.S.Puşkinin 211 illiyi münasibətilə “Muzeydə teatr” silsiləsi çərçivəsində rus klassik ədəbiyyatının təbliğatı məqsədilə baş tutacaq. Qeyd edək ki, tamaşa “Günay” Uşaq Teatrının və “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin birgə təşəbbüsü nəticəsində reallaşacaq.