Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə yekun vuracaq.
   Bu barədə məlumat verən teatrın direktoru Əli Qasımov deyib ki, başa çatan teatr mövsümü kollektiv üçün uğurlu olub. Yaradıcı kollektiv Gəncə teatrsevərlərinə bir neçə yeni əsər təqdim edib. Şair-dramaturq Xəzangülün “Məhəbbətin qənimi”, Əli Əmirlinin “Varlı qadın “, Elçinin “Ölüm hökmü” və görkəmli yazıçı Mir Cəlal Paşayevin “Ərik ağacı” əsərləri əsasında hazırlanmış tamaşalar teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
   Bu uğuru təhlil edən kollektiv belə qərara gəlib ki, teatr mövsümünü elə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi tamaşa ilə başa çatdırsın. Yaxın günlərdə kollektiv həmin tamaşa ilə sentyabr ayının 15-dək Gəncə teatrsevərlərindən ayrılacaq.