Xalq artisti Fuad Poladov yenidən akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. O, tanınmış rejissor, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətin Lev Tolstoyun «Hacı Murad» əsəri əsasında hazırladığı tamaşaya dəvət alıb. F.Poladovun bildirdiyinə görə, hazırda rejissor və tərcüməçi arasında iş aparıldığından rol bölgüsü keçirilməyib. Amma aktyora konkret olaraq Hacı Murad rolu həvalə olunub: «Mən Milli Dram Teatrından heç vaxt getməmişəm. Fikrim, qəlbimlə həmişə bu teatrda olmuşam. Milli Dram Teatrının sevincinə həmişə sevinmişəm. Odur ki, dəyərli rejissorlardan dəvət olanda böyük məmnuniyyətlə gəlib burada işləyəcəyəm».
   
   Gülər