Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasını repertuara daxil edib. Artıq səhnə əsəri hazırdır. Musiqili Komediya Teatrının binası əsaslı təmirə bağlandığı üçün tamaşanın premyerası fevralın 23-də saat 19-da Gənc Tamaşaçılar Teatrının binasında keçiriləcək.