Gənc Tamaşaçılar Teatrında yazıçı-publisist Vaqif Əlixanlının “Əcəl atı” əsəri əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşanın son məşqləri gedir. Tamaşa torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə həsr edilib. Kəskin münaqişələr, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulan tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Rollarda əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, aktyorlar Sona Babayeva, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Məsumə Babayeva və başqaları çıxış edəcəklər.