Dövlət Musiqili Komediya Teatrı binasının yenidən qurulması ilə əlaqədar olaraq bu sənət ocağının tamaşalarının Dövlət Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram və Gənc Tamaşaçılar teatrlarının səhnələrində göstərilməsi üçün hər cür şərait yaradılır. Musiqili Komediya Teatrının mətbuat xidmətindən bildiriblər ki, görkəmli rus yazıçısı Nikolay Qoqolun eyniadlı əsəri əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Evlənmə” tamaşasının premyerası fevralın 23-24-də Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim olunacaq.