Prezident İlham Əliyev noyabrın 25-də Azərbaycan Respublikasında musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Mir Cəlal qızı Paşayevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı həmin gün imzaladığı digər sərəncamla İSESCO ilə Azərbaycan arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə qurumun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrini “Dostluq” ordeni ilə təltif edib.