Prezident İlham Əliyev yanvarın 14-də tanınmış kinorejissor, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Rejissor Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə təltif olunub.