Prezident İlham Əliyev yanvarın 25-də tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil Eynulla oğlu İsrafilovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Sənətkar Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.