Prezident İlham Əliyev yanvarın 29-da “2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb.
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslər 2016-cı ildə gənclər üçün Prezident mükafatına layiq görülüb: Elvin Namiq oğlu Aslanov, Ramiz Təvəkkül oğlu Əliyev, Elvin Xeyrəddin oğlu Hoca Qəniyev, Elvin Yaşar oğlu Məlikov, Fəxriyyə Tahir qızı Məmmədova, Nərmin Etibar qızı Nəcəfli.