Fevralın 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Xalça Muzeyinin Şuşa filialının birgə hazırladığı anım tədbirində “Xocalı vaxtı” sənədli filmi təqdim ediləcək. Bədii hissədə Şuşa rayon Mədəniyyət evinin şəhid övladlarının iştirakı ilə hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya, Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunacaq. İştirakçılar Azərbaycan Xalça Muzeyinin ekspozisiyası, həmçinin burada fəaliyyətini davam etdirən Şuşa filialının eksponatları ilə tanış olacaqlar.