Fevralın 23-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə keçirdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclasında müsabiqənin qalibləri mükafatlandırılıb.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər media təmsilçiləri ilə sıx əlaqələrin qurulduğunu bildirib, müsabiqənin əhəmiyyətini qeyd edib.
Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirilən müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 54 yazı daxil olub. Müsabiqənin şərtlərinə görə 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. Fərqlənənlərə diplom və mükafatlar təqdim edilib.