Prezident İlham Əliyev martın 1-də Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə və 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanım fəxri adlara layiq görülüb, “Tərəqqi” və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar.