Prezident İlham Əliyev martın 11-də 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilib. Nazirlər Kabinetinə “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Xatırladaq ki, ölkə başçısının 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.