Martın 14-də Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Novruz bayramı münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib. Konsertdə Azərbaycan qədim musiqi nümunələri, xalq və bəstəkar mahnılarından ibarət rəngarəng proqram təqdim edilib. Əlillər öz əl işlərini muzeyə hədiyyə ediblər.