Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 29-da bölgələrə qastrola çıxacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, truppa M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə iyunun 29-dan iyulun 8-dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.
Teatr 86-cı teatr mövsümünə iyulun 8-də Xaçmaz rayon Mədəniyyət sarayında yekun vuracaq.