Bəxtiyar Məhərrəmli

Tərtər rayonu, Sarov kənd orta məktəbinin 8-ci sinif şagirdi

Qarabağa getməliyəm

Vətəndi mənim anam,
Qarabağa qurbanam,
Bayrağımla yaşaram.
Bunu şüar etməliyəm,
Qarabağa getməliyəm.

And içirəm özümə,
Düz çıxacam sözümə,
Əyri  baxma üzümə,
Qaranı ağ etməliyəm,
Qarabağa getməliyəm.

İyirmi ildi gözləyirik,
Boş yerə söz söyləyirik,
Neçə şəhid qurban verdik,
Mən qana-qana etməliyəm,
Qarabağa getməliyəm.

Nadanlar aldadıb bizi
Gerçəyin qırılıb dizi
Həqiqətin yox bir izi
Yalanı yox etməliyəm.
Qarabağa getməliyəm.
Dağlarında uçar qartal
Göylərində gümüş hilal
Qarışıbdı cümlə məlal
Aranı dağ etməliyə
Qarabağa getməliyəm.

Yaddan çıxmaz Qarabağ

Yaralı qəlbimiz odlanır, yanır,
Qarabağ həsrəti ruhumu alır,
Nənələr gözləri yollarda qalır,
Çıxmaz xatirəmdən heç vaxt
  Qarabağ.

Ölümə gedərəm, Vətən, vermərəm,
Qürbəti vətənlə mən tən bilmərəm.
Yaddan çıxartmarıq düşmən əzabın,
Verərik hər zaman onun cavabın.

İstərəm qayıtsın, qaçqın yerinə,
Oğullar keşik çəksin Vətəninə.
Verməsin Qarabağı özgəsinə,
Çıxmasın yadından heç vaxt
  Qarabağ.
Nəbidən qalan dağlar

Yaz gələndə gözəlsən,
Sevimlisən, əzizsən,
Adınla yüksəlirsən,
Nəbidən qalan dağlar.

Gül çəməndi hər yanın,
Lalə dərir qızların,
Toy qurur oğlanların,
Nəbidən qalan dağlar.

Soran vardı halını,
Aparırdı varını.
Sındırdıq növrağını
Nəbidən qalan dağlar.

Düşməndi buna qıyan,
Qısası səndən alan,
Qalx, yuxudan sən oyan,
Nəbidən qalan dağlar.

Tərtər

Qoynunda qəhrəman, igid oğullar,
Boy atıb köksündə bir  qala qurur,
Gecə də, gündüz də qəhrəmanların,
Səngərdə düşmənlə üz-üzə durur.

Vəzirin, Elmanın, Tahirin sənin,
Çəkdilər keşiyin ana Vətənin.
Yazdılar tarixə Tərtərin adın,
Qəhrəman adıyla tarixdə qaldın.

Düşmənə əyilmək olmayıb bizdə,
Tərtərin adını ucaldaq biz də,
Qəhrəman adıyla qalaq tarixdə,
Gərək unutmasın bizi tarix də.

Səngərdə durublar igid oğullar,
Tərtəri  qoruyar hər zaman onlar.
Ölümdən qorxmayıb canlar verirlər
Hər zaman Vətənə igid əsgərlər.