"20th Century Fox" studiyası milyonlarla uşağın sevimli cizgi filminə çevrilən "Buz dövrü"nün üçüncü hissəsinin treylerini buraxıb. "Associated Press" agentliyi bildirir ki, cizgi filmi böyüklərin də ürəyincə olacaq. Filmin əsas qəhrəmanı yenə də qılıncdişli dələdir. O, palıd qozasını əldə etmək üçün qeyri-adi maneələri dəf etməyə məcbur olur. Cizgi filmi ekranlara 2009-cu ilin iyulunda çıxacaq. Filmin üzərində yenə də əvvəlki aktyor heyəti işləyib: Con Lequizamo, Kuin Lətifə, Rey Romano və Denis Liri. Xatırladaq ki, cizgi serialının "Buz dövrü. Qlobal istiləşmə" adlanan ikinci hissəsi ekranlara 2006-cı ilin martında çıxıb. Çəkilişinə 80 milyon dollar xərclənən cizgi filmi dünya prokatında 650 milyon dollardan çox gəlir əldə edib və ilin ən uğurlu layihələrindən birinə çevrilib.