Dekabrın 15-dən 19-dək Bakıda “Misir kino həftəsi” keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq beşgünlük tədbirdə paytaxt sakinləri Misir kinematoqrafçılarının son illərdə istehsal etdiyi filmlərə baxacaqlar. Dekabrın 20-dən 26-dək isə Bakıda “Rusiya kino həftəsi” keçiriləcək. Nazirliklə Kinematoqrafçılar İttifaqının birgə təşkil etdiyi kino həftəsində əsasən qonşu ölkədə çəkilmiş yeni filmlər nümayiş olunacaq. Kinematoqrafçılar İttifaqının kino zalında tamaşaçılara beş film təqdim ediləcək.