“CinemAN” filmləri pulsuz nümayiş etdirəcək
   
   "AN" Məzunlar Şəbəkəsinin yeni layihəsi olan “CinemAN” keçən ilin dekabr ayında fəaliyyətə başlayıb. “CinemAN”-ın yaradıcıları Nigar Fatali və Rəşad Ellidir. Layihənin məqsədi Azərbaycanda Avropa kinosu və müstəqil kinonun təbliğiylə məşğul olmaqdır: "CinemAN” sinema yolu ilə gənclərin arasında mütərəqqi Avropa dəyərlərinin təbliği və insanlarda düşüncə və yanaşma fərqi yaratmağı hədəfləyir. “SinemAN” cəmiyyətdə olan sosial və siyasi sənət boşluğunu doldurmağa çalışacaq. “CinemAN” məşhur Avropa filmlərini tərcümə edib, Azərbaycanın rayonlarında da yayılmasını planlaşdırır. Artıq İsveçrə səfirliyi “CinemAN”a öz dəstəyini verib. “CinemAN” filmləri hələlik İçərişəhərdəki Müasir İncəsənət Qalereyasında, hər şənbə saat 3-də nümayiş etdirir. Mart ayından başlayaraq filmlərin baxışı pulsuz keçiriləcək və filmlər haqqında kinoşünasların mühazirələri təşkil olunacaq.