Film səsləndirmə prosesindədir
   
   2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaq film” prodüser mərkəzində istehsal olunan “Ölüm növbəsi” filmi yaxın günlərdə tamamlanacaq. Hazırda filmin səsləndirmə prosesi üzərində iş gedir. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyevdir. Mistik-tragikomediya janrında olan bu filmdə Şamil Süleymanov, Qorxmaz Əlili, Gülər Nəbiyeva və müğənni Mirkamil çəkilib.
   “Ölüm növbəsi”nin fevral ayının sonuna kimi təhvil verilməsi nəzərdə tutulub.