Fərid Hümbətov “Atlantlar” adlı ssenari yazdığını açıqlayıb

   Azərbaycanlı rejissor Fərid Hümbətovun çəkdiyi “Qafqaz” filmi Moskva şəhərinin kinoteatrlarında nümayiş etdirilir. Fərid Hümbətov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin saytına müsahibəsində bildirib ki, filmin nümayiş hüquqlarını Hollivudun məşhur “Miramaks” studiyası alıb: “Biz filmin 1 milyon DVD diskə yazılması barədə müqavilə imzalamışıq. Bütün tiraj əsasən ABŞ, Kanada, Honkonq və Cənubi Koreyada realizə olunur”. Rejissor filmin növbəti Kann Kino Festivalında iştirak edəcəyini də söyləyir.
   Yeni planları barədə danışan Fərid Hümbətov “Atlantlar” adlı ssenari yazdığını açıqlayıb: ”Hazırda hazırlıq işləri aparılır, elmi materiallar öyrənilir, naturalar axtarılır. Yayda başlanacaq çəkilişlər ABŞ və Rusiyada aparılacaq. Filmdə Hollivud ulduzlarının iştirakı da nəzərdə tutulub”.