Berlin Film Festivalı başa çatdı
   
   Xüsusi bir mərasimlə yekunlaşmış 59-cu Beynəlxalq Berlin Film Festivalının mükafatları verildi. Festivalda məşhur aktrisa Tilda Svintonun sədrliyi ilə ispan yazıçı-rejissoru İzabel Coixet, yazar Burkino-Fasolu, rejissor və prodüser Qaston Kabore, yazar Henninq Mankell, alman sənətçisi Xristof Sçlinqensief, honkonqlu rejissor Vayne Vang, yazar Alis Vatersdan ibarət olan jüri festivalın əsas mükafatını - “Qızıl Ayı”nı Klaudia Llosanın çəkdiyi “La teta asustada” (“The Milk Of Sorrow”) filminə verib. Festivalda “Qızıl Ayı” jürisinin verdiyi bütün mükafatlar belədir: 

  “Qızıl Ayı” - ən yaxşı film: “The Milk Of Sorrow”, Klaudia Llosa (Peru)
   Jüri böyük mükafatı: “Everyone Else”, rej: Maren Ade və “Gigante” rej: Adrian Biniez
   Ən yaxşı rejissor: Əsgər Fərhadi (“About Elly”, İran)
   Ən yaxşı aktrisa: Birgit Miniçmayr (“Everyone Else”, Avstraliya)
   Ən yaxşı aktyor: Sotiqui Kouyate (“London River” filmində)
   Ən yaxşı ssenari: Oren Moverman, Alessandro Camon (“The Messenger” filmi)