Xəbər verdiyimiz kimi, «Azanfilm» studiyasında «Cəsur təyyarə» adlı yeni cizgi filmi üzərində iş başa çatmaq üzrədir. «Azanfilm»in direktoru və bədii rəhbəri Elçin Hami Axundovun sözlərinə görə, “Cəsur təyyarə” cizgi filmi orijinal və qeyri-adi tərtibatda çəkilmişdir. «Azanfilm» studiyasında bir aydan sonra «Tırtılın arzusu» adlı daha bir cizgi filminin çəkilişlərinə start veriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarşi ilə çəkiləcək bu cizgi filminin ssenarisi də Gülşən Tofiqqızına məxsusdur.