Mayın 6-dan 16-dək Macarıstanda Azərbaycan Kino Həftəsi keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Proqrama yeni filmlərdən “40-cı qapı”, “Günaydın, mələyim”, “Hökmdarın taleyi”, “Girov”, “Əlvida cənub şəhəri”, “Hər şey yaxşılığa doğru”, “Özgə vaxt”, “Ovsunçu” filmləri daxil olub. Həmçinin, ötən illərin filmlərindən “O olmasın, bu olsun”, “Şərikli çörək”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud” və başqa filmlər də nümayiş etdiriləcək. Məşhur aktyorlar F.Poladov, Ayan Mirqasım, Mehriban Zəki və başqaları həmkarları və macar tamaşaçıları ilə görüşlər keçirməsi də nəzərdə tutulub.