Azərbaycan filmi 42-ci Beynəlxalq Hyuston Kino Festivalında iştirak edəcək. Festivala dəvət alan «40-cı qapı» filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ritm prodakşn”da istehsal olunub. Aprelin 17-26 tarixlərində keçiriləcək festivalda filmin rejissoru Elçin Musaoğlu da iştirak edəcək. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev çəkiliblər.