Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bu ölkədə yeni seriala çəkilir. Serial komediya janrındadır və Türkiyənin ATV kanalında yayımlanacaq. Bu günlərdə yeni serialın çəkilişlərinə başlanılacaq. Yeni serialın təklifini Məlahət Abbasovaya “Sinetel” film şirkətinin prodüseri İbrahim Mertoğlu verib. Serialı Türkiyənin tanınmış rejissoru Mustafa Şefki Doğan çəkir. Şefki Doğan hazırda Türkiyə kanallarında göstərilən “Baba ocağı” adlı serialın da rejissorudur. M.Abbasovun çəkiləcəyi yeni serial “Kız kaçıran” adlanır. Bu serialda azərbaycanlı aktrisanın oynayacağı rolun adı isə Gülgündür. Serialda Türkiyənin tanınmış aktyorlardan Sümer Tilmaç, Oya Aydoğan, Mehtap Bayri ve digərləri rol alıblar. Qeyd edək ki, M.Abbasovanın rol aldığı “Konak” filminin də çəkilişləri davam edir. Bu film Türkiyənin “Öykü” film şirkəti tərəfindən çəkilir.