Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən “Təxəllüsü Mixaylo” sənədli filmi ingilis dilinə tərcümə edilir. Filmin rejissoru Tahir Əliyevin verdiyi məlumata görə, film artıq rus dilinə tərcümə olunub və müntəzəm olaraq Rusiya və MDB ölkələrinin kinofestivallarında iştirak edir. Filmin ingilis dilində dublyajı başa çatdıqdan sonra onun Avropa festivallarında təmsil olunması mümkün olacaq.
   Xatırladaq ki, “Təxəllüsü Mixaylo” film Ukraynada keçirilən “Pobedili vmeste” adlı V Beynəlxalq Teleradio Festivalının qalibi və 18-ci Rusiya kinofestivalının “Qızıl Vityaz” mükafatının sahibidir.