2009-cu ilin Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 18-dən 24-dək “Şərq-Qərb” beynəlxalq kinofestivalı keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Sarayı və “Azərbaycan” kinoteatrında təşkil olunacaq festival çərçivəsində Şərqin və Qərbin ən müasir filmləri nümayiş olunacaq.