Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu Qobustan, Novruz bayramı və Qafqaz amazonları haqqında beynəlxalq tədqiqat layihəsi hazırlayıb. İnstitut layihə çərçivəsində amazonların həyatından bəhs edən filmin çəkilişini planlaşdırıb. Layihənin məqsədi Qafqaz amazonlarının həyatlarına dair araşdırma aparmaq, ölkəmizin qədim mədəniyyətini, eləcə də dünya mədəni irsinə aid olan Qobustan tarixini bütün dünyaya tanıtmaq və hazırda Qafqaza olan beynəlxalq marağı daha da genişləndirməkdən ibarətdir. Təbliğ olunacaq milli irs siyahısında türk dünyasında böyük rol oynayan Novruz bayramı və onun tarixi haqqında məlumat öz əksini tapıb.