Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək. Bu barədə filmin rejissoru Murad Muradov məlumat verib. Onun sözlərinə görə, ekran işinin çəkilişlərinə bu həftə start veriləcək.
   Ssenari müəllifi Həsən Quliyev olan film “Adın sirri və tale” adlanır. Məhəmməd Əsəb bəyin 105 illik yubileyinə həsr edilən film «Ritm production»da istehsal olunacaq. Film hazır olandan sonra beynəlxalq festivallara çıxarılacaq. Bu səbəbdən filmdə bütün işlər beynəlxalq tamaşaçının zövqu üçün nəzərdə tutulub. “Adın sirri və tale” filminin yaxın 3 ay ərzində təhvil verilməsi planlaşdırılır.
   Məlumat üçün bildirək ki, bəzi tədqiqatçılar “Əli və Nino” əsərinin Məhəmməd Əsəd bəy tərəfindən yazıldığını iddia edirlər.