“Şərur” xalq yallı ansamblı İqdır valisinin və Türkiyənin Hər Kəs Üçün Spor Federasiyasının dəvəti ilə İqdırda keçirilən “Ağrı dağı uluslararası idman və folklor şənlikləri” tədbirlərində çıxış edib.
   Şərur rayon Mədəniyyət şöbəsindən verilən məlumata görə, kollektiv Osmanlı dövrünə aid (bu yarışlar matarax adlanır) oxatma, ip oynatma və s. üzrə yarışlarda da yüksək səviyyədə iştirak edib.
   Qeyd edək ki, ansambla Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Kimya Babayeva rəhbərlik edir.