Dağıstanın məşhur “Ləzginka” rəqs ansamblı mayın 24-də “Yaşıl Teatr”da konsert proqramı ilə çıxış edib. Ansamblın rəhbəri Zəlimxan Xangireyev Bakıda çıxış etmələrindən məmnunluğunu bildirib. Təxminən iki saat davam edən konsert çoxsaylı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.