İtaliyanın Florensiya şəhərində azərbaycanlı rəssam Vəfa Əfəndizadənin bədii sərgisinin açılışı keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, sərginin təşkilatçıları İtaliyanın "Romualdo del Bianco" Fondu və Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) Beynəlxalq Elmi Komitəsinin daimi katibliyidir. Tədbirdə İtaliyanın mədəniyyət və incəsənət xadimləri, elm dairələrinin və yerli hakimiyyət orqanlarının nümayəndələri, habelə Florensiya şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.
   Sərgi bu il fevralın 6-dək davam edəcək.