Fevralın 2-də Abşeron rayon Mədəniyyət evində həvəskar rəssam Elçin Muradovun fərdi sərgisi keçirildi. 2 fevral - Gənclər Gününə həsr olunmuş sərgini giriş sözü ilə açan Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov rəssam Elçin Muradova yaradıcılığından, onun müxtəlif janrlarda yaratdığı əsərlərin mövzularından da danışdı. O, rəssam Elçin Muradovu fərdi sərgisinin açılışı münasibətilə təbrik etdi.
   Digər çıxış edənlərdən Rəssamlıq Akademiyasının dosenti İsa Məmmədov, Əməkdar artist, aktyor Firuz Xudaverdiyev, Mədəniyyət evinin müdiri Elçin Abdullayev də rəssamın müxtəlif mövzularda yaratdığı mənalı əsərlərdən söz açaraq rəssama yaradıcılığında müvəffəqiyyətlər arzuladılar.
   Gənclər mövzusuna həsr olunmuş rəsm əsərlərində rəssamın özünəməxsus üslubu sərgiyə tamaşa edənlərin marağına səbəb olub.
   Fərəc Fərəcov